"Vətənpərvər Maarifçi Gənclər" İctimai Birliyi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yanında Azərbaycan Gənclər Fondunun (AzGF) elan etdiyi qrant müsabiqəsində qalib olmuş "Biz hüquqlarımızı bilirik!" adlı layihəsinin icrasına başlanılıb. İctimai Birlikdən SİA-ya verilən məlumata görə, əsas məqsəd ölkədə aparılan hüquqi maarifləndirmə işinə dəstək vermək olan layihədə yetişməkdə olan gənc nəslin hüquqi maarifləndirilməsi xüsusilə ön plana çəkilib. 3 ay davam edəcək layihə çərçivəsində ölkənin 3 şəhərində gənclərə vətəndaşların hüquq və azadlıqlarından, vəzifə və səlahiyyətlərindən bəhs edən təlim kursu keçilməsi nəzərdə tutulub. Bu təlimlər vasitəsi ilə gənclərə hər bir vətəndaşın bilməli olduğu hüquq və vəzifələr izah ediləcək, hüquqlardan istifadə qaydaları, onları müdafiəetmə üsulları haqqında məlumat veriləcək. Eyni zamanda gənclərə cəmiyyət və dövlət qarşısında onların borcları və bu vəzifələrdən yayınmağın məsuliyyətləri şərh olunacaq.
Qeyd edək ki, layihədə hər şəhərdən 30 nəfər olmaqla, ümumilikdə 90 aktiv gənc yararlanacaq və eyni zamanda həmin gənclər da fəal şəkildə hüquqi maarifləndirmə işinə cəlb olunacaqlar.
Laiyhə çərçivəsində dilindən, dinindən, cinsindən, sosial statusundan, təhsilindən, ixtisasından və peşəsindən asılı olmayaraq hər bir vətəndaşın bilməli olduğu hüquq və azadlıqları, vəzifələri ilə bağlı Azərbaycan Respublikasının Qanunvericiliyindən çıxarışların toplandığı "Mənim hüquqlarım" adlı hüquqi-maarifləndirici toplu hazırlanaraq iştirakçılara təqdim olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB