Bu gün Dünya İqtisadi Forumunun 2012-2013-cü il üzrə "Dünya Rəqabətlilik Hesabatı" rəsmi olaraq dünya ictimaiyyətinə təqdim edilib. Azərbaycan Marketinq Cəmiyyəti 2005-ci ildən başlayaraq hər il olduğu kimi Dünya İqtisadi Forumunun yerli partnyor təşkilatı olaraq hesabatın hazırlanmasında iştirak edib. Azərbaycan Marketinq Cəmiyyətindən SİA-ya verilən məlumat görə, "Dünya Rəqabətlilik Hesabatı 2012-2013" nəşrinə əsasən Azərbaycan rəqabətlilik reytinqinə görə 144 dövlət arasında 46-cı yerdə qərarlaşıb. 2011-2012 hesabatında isə ölkəmiz 142 ölkə arasında 55-ci yer tutub. Qlobal iqtisadiyyatın böhran dövrünü yaşadığı və yüksək rəqabət mühiti ilə səciyyələnən bir zamanda Azərbaycanın 9 pillə irəliləməsi və dünyanın 50 ən rəqabətqabiliyyətli iqtisadiyyatı sırasına daxil olması ölkədə aparılan məqsədyönlü sosial-iqtisadi inkişaf siyasətinin əyani göstəricisi və ölkəmizin beynəlxalq nüfuzunun artmasının nümunəsi kimi qiymətləndirilə bilər.
Qeyd etmək lazımdır ki, bu il Azərbaycan MDB ölkələri arasında yenə də ən yüksək nəticəyə nail olmuşdur. Azərbaycanın inkişaf sürəti, dinamikası, onun daim inkişafda olan, möhkəm iqtisadiyyata malik olması, onun MDB məkanında ən rəqabətqabiliyyətli dövlət elan olunmasına səbəb olmuşdur.
Reytinq cədvəlində Qazaxıstan 51-ci, Rusiya 67-ci, Gürcüstan 77-ci, Ermənistan 82-ci pillələrdə qərarlaşıb. "Dünya Rəqabətlilik Hesabatı 2012-2013" nəşrinə görə dünyanın ən rəqabətqabiliyyətli ölkəsi İsveçrədir. İlk beşliyə daxil olan digər ölkələr isə Sinqapur, Finlandiya, İsveç və Niderlanddır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB