Samux rayonunda əhalinin məşğulluğunun təminatı üçün növbəti əmək yarmarkası keçirilib. SİA-nın bölgə müxbirinin məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə təşkil edilən tədbirdə 37 müəssisədən 193 vakant iş yeri təqdim olunub. Əmək yarmarkasının gedişini rayon İcra Hakimiyyəti başçısı Alı Qocayev də izləyib. Bu il ilk dəfə keçirilən yarmarka əhalinin xüsusi diqqətini çəkib. Sabah saatlarından etibarən iş axtaran vətəndaşlar elanlara nəzər salıb. Əmək yarmarkasında dövlət qulluğu, səhiyyə sistemi və digər sahələri əks etdirən vakant yerlər göstərilib.
Ümumilikdə günün sonuna kimi 50-dən artıq vətəndaş işlə təmin edilib.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB