Sumqayıtın giriş hissəsindəki simvol yenisi ilə əvəzlənir. Sumqayıt şəhər İcra hakimiyyətindən (SŞİH) SİA-ya verilən məlumata görə, üzərində göyərçin qanadları olan 15 ədəd üst-üstə qoyulmuş və aşağıdan yuxarıya doğru spiral şəklində burulan daş plitələrdən ibarət 13 metrlik abidənin yenidən quraşdırılması prosesi gedir. Sumqayıt Texnologiyalar Parkında hazırlanan yeni abidənin üzəri xromdan işlənib. Hazırda abidənin quraşdırılması prosesi gedir.
Qeyd edək ki, köhnə abidə avqustun 21-də sökülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB