Şairlər niyə azadlığa buraxılıb?

Şairlər niyə azadlığa buraxılıb?

İran Xarici İşlər Nazirliyi azərbaycanlı şairlərin həbsdən azad olunması məsələsinə münasibət açıqlayıb. SİA-nın xəbərinə görə, nazirliyin mətbuat katibi Ramin Mehmanpərəst deyib ki, Azərbaycan vətəndaşları Fərid Hüseyn və Şəhriyar Hacızadə iki ölkə arasında dostyana əlaqələrə görə azadlığa buraxılıb.

O bildirib ki, F.Hüseyn və Ş.Hacızadə bir neçə ay əvvəl İrana gələrək qanunsuz əlaqələr qurduqlarına görə təhlükəsizlik qüvvələri tərəfindən həbs olunublar. Lakin artıq hər iki şəxs Azərbaycanın Təbrizdəki Baş Konsulluğuna təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə