İran XİN Azərbaycan şairlərinin azadlığa buraxılmasının səbəblərinə aydınlıq gətirib. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Ramin Mehmanpərəstin yaydığı xəbərdə bildirilir ki, Azərbaycan vətəndaşları Fərid Hüseyn və Şəhriyar Hacızadə iki ölkə arasında dostyana əlaqələrə görə azadlığa buraxılıb. O da qeyd olunub ki, hər iki şəxs Azərbaycanın Təbrizdəki Baş Konsulluğuna təhvil verilib.
Qeyd edək ki, Fərid Hüseyn və Şəhriyar Hacızadə mayın 2-də Təbrizdə həbs olunublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB