Sumqayıt şəhərində uşaq bağçalarının birində yanğın olub. Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verilən məlumata görə, təmirə dayanmış ümumi sahəsi 400 kv.m (hər mərtəbəsi 200 kv.m) olan ikimərtəbəli uşaq bağçası binasının I mərtəbəsində döşəmə və taxta tullantıları 30 kv.m sahədə yanıb.
Hadisə yerinə yanğınsöndürülənlər cəlb olunub. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 07:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB