Yasamal rayonunda beşmərtəbəli yaşayış binasında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, binanın II mərtəbəsində 8 ədəd elektrik və 2 ədəd qaz sayğacı yanıb. Hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər əclb olunub. Yanğın zamanı 7 nəfər sakin yanğınsöndürənlər və xilasedicilər tərəfindən təxliyyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 20:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB