Əsas yollar bağlandı

Bakının ən böyük prospektlərindən biri Ziya Bünyadov prospektində nəqliyyatın hərəkəti artıq məhdudlaşdırılıb. SİA-nın məlumatına görə, 3-cü mikrorayon dairəsi istiqamətindən və Alı Mustafayev küçələrindən prospektə hərəkət qismən məhdudlaşdırılıb.

Hərəkətin dayandırılmasının əsas səbəbi bu istiqamətdə yeni yol qovşaqlarının tikilməsidir.

Qeyd edək ki, həmçinin bəzi hissələrdə avtomobillərin əsas hərəkət zolaqları da bağlanıb. Sürücülər isə köməkçi, yəni digər kənar yollardan istifadə edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə