ATGTİ uşaqlar üçün ingilis dili kursları təşkil edir

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) "Britiş Kansl" ın(British Council) maliyyə dəstəyi ilə 3 saylı uşaq evinin sakinlərinə pulsuz ingilis dili kusları təşkil edir. Siasport.az saytının məlumatına görə, layihənin icraçıları olan ATGTİ-nin Layihələr departamentinin rəhbəri Rəşad Paşazadə və təşkilatın aktiv üzvü Arzu Yusifzadə 4 sentyabr 2012-ci il tarixindən etibarən bir ay müddətində 3 saylı uşaq evində 25 nəfər uşağa pulsuz ingilis dili dərsləri deyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə