Pakistan prezidenti Asif Əli Zərdari İslam Əməkdaşlıq Təşkilatının sammitində iştirak etmək üçün Azərbaycana səfər edəcək. SİA-nın məlumatına görə, səfər oktyabrın 15-18-nə nəzərdə tutulub və işgüzar xarakter daşıyır. Bu barədə Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov bildirib.
Səfər zamanı Pakistan prezidentinin Azərbaycan rəhbərliyi ilə görüşü gözlənilir. Səfəri zamanı Pakistan Prezidentini sammit ərəfəsində keçiriləcək İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin XİN rəhbərlərinin görüşündə ölkəni təmsil edəcək xarici işlər naziri müşayiət edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB