İranda həbs olunan şairlər azad edildi

İranda həbs olunan şairlər azad edildi

İranda həbs olunmuş azərbaycanlı şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadə azad ediliblər. Diplomatik mənbələrdən SİA-ya verilən xəbərə görə, İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Ramin Mehmanpərəst Azərbaycan şairlərinin bu gün günorta saatlarında Təbrizdəki Azərbaycanın Baş Konsulluğuna təhvil verilməsini təsdiqləyib. Azad olunmuş şairlərin sabah Bakıya qayıdışı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə