Macarıstanın baş naziri: "Beynəlxalq norma və qaydalar gizli sövdələşmələrə əsaslanmır”
Macarıstanın baş naziri Viktor Orban Ramil Səfərovun Azərbaycana ekstradisiyası ilə əlaqədar ölkənin ictimai televiziyasına açıqlama verib.
V.Orban bildirib ki, Macarıstan ekstradisiya məsələsində beynəlxalq normalara uyğun hərəkət edib.
Macarıstan hökumətinin Azərbaycanla gizli sövdələşməyə gedib-getməməsi haqda suala baş nazir belə cavab verib: "Macarıstan demokratik dövlətdir. Beynəlxalq norma və qaydalar gizli sövdələşmələrə əsaslanmır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB