Filmin sonu

Nizami Gəncəviyə həsr olunan sənədli filmin çəkilişləri yekunlaşıb

Məlum olduğu kimi ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə Nizami Gəncəvinin 870 illiyi geniş tədbirlərlə qeyd olunacaq. SİA-nın Aran bürosunun verdiyi xəbərə görə, Mədəniyyət və Turizim Nazirliyinin sifarişi ilə Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr olunan sənədli filmin çəkilişləri başa çatıb. Filmin ssenari müəllifi Yusif Şeyxov, rejissoru isə əməkdar incəsənət xadimi Rafiq Quliyevdir.

Bakı şəhərindən başlayan çəkilişlər Gəncədə davam etdirilib. Nizami məqbərəsi və digər tarixi yerlərdə lentə alınan filmin son çəkilişləri Samuxda aparılıb.

Bu gün çəkiliş qrupu Samux rayonun Çobanabdallı kəndindəki uşaq bağçasında balacaların Nizaminin əsərlərindən ibarət səhnəcikləri lentə alıblar. Raftiq Quliyevin sözlərinə görə sənədli filimdə Nizami Gəncəvi 3 aspektə göstərilir. Burada şairin kimliyi, türkçülüyü tərənnüm etməsi və dünyəvi şair olması ön plana çəkilib. Ümumiyyətlə filmdə Nizami şunasların tarixçi və digər alimlərin fikirləri fakt olaraq götürülüb. Bu baxımdan sənət əsərinin əvvəl çəkilən filmlərdən fərqli olacağı gözlənilir.

Qeyd edək ki, filmin təkcə ölkə daxilində nümayişi nəzərdə tutulmur. Ekran əsərinin tərcümə edilərək digər ölkələrdə də yayımlanması planlaşdırılıb.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə