Milli Məclisin (MM) payız sessiyası öz işinə sentyabrın 15-dən başlayacaq. SİA-nın xəbərinə görə, payız sessiyasının ilk plenar iclası oktyabrın 1-də keçiriləcək. Sentyabrın 15-dən etibarən həmin vaxt Milli Məclisin komitə iclasları başlayacaq.
Milli Məclisin daxili Nizamnaməsinə əsasən, payız sessiyası sentyabrın 30-da başlanır, dekabrın 30-dək davam edir. Əgər sentyabrın 30-u istirahət gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü işinə başlayır. 2012-ci il sentyabrın 30-u bazar gününə təsadüf etdiyindən, payız sessiyası oktyabrın 1-də başlayacaq və dekabrın 30-dək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB