Hizbullah lideri Həsən Nəsrullah İsrailin İrana qarşı hərbi əməliyyatlar keçirəcəyi təqdirdə İranın İsrailə qarşı verəcəyi "cavab"-ın ABŞ-a da təsir edəcəyini iddia edib. Livan televiziyasına müsahibə verən Nəsrullah İran rəsmilərindən İrana ediləcək hücuma qarşı nüvə silahlarının hazır olduğuna dair məlumat aldığını ifadə edib. "Çox güclü bir cavab verilməsinə qərar verilib. Bu cavab yalnız İsrail torpaqları ilə məhdudlaşmayacaq, bütün bölgədəki Amerika mülkləri də İranın hədəfində olacaq. İsrail İrana hücum etsə, buna ABŞ da cavabdehdir", -deyə o bildirib.
Müsahibəsində Hizbullahın silah gücündən də danışan Nəsrullah: "İsrail ilk olaraq raket düşərgələrimizi vurmağı hədəfləyir. Ancaq İsrailin təxmin edə bilmədiyi, gözlərdən uzaq yerlərdə raket düşərgələrimiz var. Sayı az da olsa, yüzlərlə İsraillinin ölümünə səbəb olacaq miqdarda raketimiz var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB