2 tona yaxın çətənə kolu tapılıb

2 tona yaxın çətənə kolu tapılıb

Gədəbəy rayonunda 2 tona yaxın çətənə kolu tapılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, Gədəbəy rayon polis şöbəsinin əməkdaşları Novo-Saratovka kəndi ərazisindən yabanı halda bitmiş, çəkisi 1 ton 24 kiloqram olan 692 ədəd çətənə kollarını yığaraq məhv ediblər. Həmçinin rayonun Dəyəqarabulaq kəndi ərazisindən də yabanı halda bitmiş, çəkisi 910 kiloqram olan 1200 ədəd çətənə kolları yığılaraq məhv edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə