İran qazının Ermənistana idxalı kifayət qədər riskli geosiyasi məsələdir. Qaz RF-in əlində Ermənistana qarşı mühüm təzyiq vasitəsidir. SİA-nın xəbərinə görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, siyasi şərhçi, politoloq Mübariz Əhmədoğlu söyləyib.
Onun sözlərinə görə, RF İran qazının Ermənistana idaxalının dayanmasına çalışır: "Bununla belə Ermənistan təkcə İrandan aldığı qaza arxayın ola bilməz, çünki bu halda İran qazını Ermənistana dünya bazarı qiymətinə təklif edəcəkdir. İran Ermənistana ucuz qaz satsa, o zaman Türkiyə də İrandan ucuz qiymətə qaz istəyəcək".
Politoloqun fikrincə, İran Ermənistan üçün indi daha vacib ölkəyə çevrilib: "Məhz bu faktora görə, Ermənistan prezidenti Qoşulmama hərəkatının Tehranda keçirilən sammitində iştirakına razılıq verdi. Buna görə, Ermənistan prezidenti ölkəsinə səfərə gəlmiş İsrailin nazirini rəsmən qəbul etməkdən imtina etdi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB