Bu gün Ali Məhkəmənin təşəbbüsü ilə hazırlanan "Azərbaycanca-rusca izahlı lüğəti"nin və "Azərbaycanca-ingiliscə hüquq lüğəti"nin təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə "Azərbaycanca və rusca izahlı hüquq lüğəti" 18 minə yaxın söz və söz birləşməsinin izahını özündə cəmləşdirib. Ali Məhkəmə tərəfindən hazırlanan lüğətin işıq üzü görməsində əsas məqsəd hüqşunasların eləcə də digər oxucu kütlələrinin tələbatının ödəmək olub. Lüğət həm məhkəmə işçiləri, həm də biznesin müxtəlif sahələri, hüquq sistemləri, təşkilatları ilə əlaqələr quran müasir istifadəçilərin tələblərinə uyğun, həmçinin işgüzar məktubların, sorğuların, ərizələrin və bank sənədlərinin hazırlanması ilə bağlı yaranan sualların həll olunması məqsədi ilə tərtib olunub.
"Azərbaycan-rusca izahlı hüquq lüğəti"ndən sonra geniş oxucu kütləsinə təqdim olunan, 19 minədək söz və söz birləşməsini özündə birləşdirən "Azərbaycan-ingilscə hüquq lüğəti" isə hüquqşunaslar, hüququn inkişafına maraqlı olan bütün oxucu kütləsi, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar üçün faydalı mənbə rolunu oynayacaq.
Məlumat üçün bildirək ki, Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi tərəfindən çap olunan lüğətlərin müəllifləri Ali Məhkəmənin sədri Ramiz Rzayev, filologiya elmləri doktoru, Bakı Slavyan Universitetinin professoru Rafiq Novruzov və Ali Məhkəmənin işçisi Könül Əliyevadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB