Yağış yağacaq?

Bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, temperatur gecə 19-23, gündüz 26-30 dərəcə isti olacaq.
Bakıda gecə 21-23, gündüz 27-29 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 765 millimetr civə sütunundan 762 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 65-75 faiz, gündüz 50-60 faiz olacaq.

Abşeronun çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə, Zuğulbada 24-25, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25, Türkan, Hövsan, Sahil, Şıxda 25-26 dərəcə isti olacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə