“Ramil Səfərovun ekstradisiyası qanunlara uyğun aparılıb”

“Ramil Səfərovun ekstradisiyası qanunlara uyğun aparılıb”

"Ramil Səfərovun Azərbaycana ekstadisiyası ilə bağlı Macarıstan heç nədən qorxmamalıdır. Bu məsələdə Macarıstan beynəlxalq hüquq normalarına uyğun hərəkət edib". Bu sözləri Macarıstanın İctimai Televiziyasına açıqlamasında adıçəkilən ölkənin dövlət katibi Piter Şiyarto deyib.

"Ekstradisiya Strasburq konvensiyasına uyğun aparılıb", deyə dövlət katibi vurğulayıb.

"Ramil Səfərova görə Azərbaycan və Macarıstan arasında qeyri-rəsmi "danışıq" olubmu" sualına cavab verən Şiyarto bu versiya müəlliflərini "fantaziyaçı" adlandırıb.

Dövlət katibinin sözlərinə görə, əgər Macarıstan beynəlxalq hüquq normalarını pozsaydı, bu, əsl qalmaqal olardı.

Bütün xəbərlər Facebook səhifəmizdə