İşğalçı ölkə mahiyyətini göstərməyə başlayır
"Lazım olacağı təqdirdə Ermənistan Azərbaycanla müharibə etməyə hazırdır". BBC xəbər verir ki, bu fikri işğalçı ölkənin prezidenti Serj Sarkisyan səsləndirib.
Xəbərdə fikrin başqa detalları barədə məlumat verilmir. Bildirilir ki, Ermənistanla Azərbaycan arasındakı gərginlik azərbaycanlı zabit Ramil Səfərovun Bakıya ekstradisiyasından və prezident sərəncamı ilə əfvindən sonra daha da güclənib.
Daha sonra Ermənistanın R.Səfərovun ekstradisiyasına razılıq verən Macarıstanla münasibətlərini dondurduğu vurğulanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB