Ötən il "ərəb baharı" bir sıra ərəb ölkələrində, ən əsası isə Misirdə özünü göstərdi. Misirdə baş verən inqilab hakimiyyətin və ölkənin mövcud vəziyyətinin dəyişiməsinə səbəb oldu. Bütün bunların xalqın yaşayışına necə təsir göstərməsinə gəlincə bu barədə Bakıda səfərdə olan misirli tələbə fikirlərini SİA ilə bölüşüb.
Misirin AYN-Şəms Universitetinin tələbəsi Manar Eisse bildirib ki, ölkədə belə bir addımların atılmasına ehtiyac var idi: "Biz keçən il çətin günlər yaşadıq. Müstəqil olmaq ehtiyacımız var idi, biz də müstəqil yaşamaq istəyirdik. Misirdə insanlar çox zəngin və çox kasıb təbəqələrə bölünüb. Yəni insanlar arasında çox böyük fərq var. Biz də bütün bunların qarşısını almaq üçün öz istəyimizlə üsyana qalxdıq. Çünki Misirdə olan mövcud vəziyyətə artlq dayana bilmirdik".
Misirli tələbə qeyd edib ki, bu hadisələrdən sonra ölkədə çox şeylər dəyişib və müəyyən irəliləyişlər əldə olunub. O bir gənc olaraq ölkəsində görmək istədikləri və arzuları barədə də danışıb: "Artıq Misir xalqı olaraq Milli Məclisdə keçirilən seçkilərə səs vermək hüququ əldə etdik və seçkilərə qatıldıq. Bu bizim üçün yeni bir şey idi. Bundan öncə hansısa bir seçkidə iştirak edib səs verməmişdik. Bu gün biz seçkilərdə iştirak edərək istədiyimiz hansısa namizədə səs verə bilirik. Biz bir gənc olaraq azadlıq, fikirlərimizin nəzərə alınmasını, həyat tərzimizin dəyişiməsini istəyirik. Bundan əlavə, kasıblar çox olmasın və insanlar eyni səviyyədə yaşasınlar".
Manar EİSSE Azərbaycanla bağlı fikirlərini də bölüşüb. Onun sözlərinə görə, Azərbaycan Misir üçün çox önəmli bir ölkədir. Çünki Azərbaycanın zəngin neft tarixi, mədəniyyəti var. Qonaq Azərbaycanı heç də təsəvvür etdikləri kimi görmədiklərini, təmamilə yeni bir ölkə ilə qarşılaşdıqlarını deyib: "Azərbaycana gəlmədən öncə ölkənin təcavüzə məruz qaldığını və torpaqlarının 20 faizinin işğal olunduğunu bildirdik. Ancaq Azərbaycana gələrkən gözəl şəhər olduğunu gördük və bu buzu şoka saldı. Şəhəriniz çox təmiz və sakitdir. Azərbaycanın bəzi yerləni gəzdik, ən çox xoşuma gələn hissələr Dənizkənarı Milli Park, Şəki şəhəri, Qız qalası oldu. İnsanların qonaqpərvərliyinə isə söz ola bilməz. Hər kəs bizi səmimi xoş üzlə qarşılayır. Azərbaycan həqiqətən də çox xoşuma gəldi".
Hər halda misirli tələbənin Azərbaycanla bağlı çox yüksək təəssüratı oldu. İnanırıq ki, müəyyən müddətdən sonra qonaq burada gördüklərinin müəyyən hissəsini Misirdə də görə biləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB