“Mototurizm” turu həyata keçirilib

“Mototurizm” turu həyata keçirilib

Azərbaycan Respublikası DİN Dövlət Yol Polisi Baş İdarəsinin razılığı, Azərbaycan Respublikası Təhsil Nazirliyi Respublika Gənc Turistlər və Diyarşünaslıq mərkəzinin dəstəyi, Dünya Azərbaycanlı Gənclər Birliyinin və Gənclərin Həmrəliyinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Şamaxı rayonunun Avaxıl kəndində "Mototurizm" turu həyata keçirilib. İctimai Birlikdən SİA-ya verilən məlumata görə, turda 9 peşəkar,11 həvəskar baykerlər və bu sahəyə marağı olan 5 şəxs iştirak edib.

Müzakirə zamanı baykerlərə motosiklların mühərrik həcmləri, yol hərəkəti qaydaları, sürücülərin hüquqları izah olunub. Bundan başqa tur zamanı baykerlər Şamaxı rayonunun tarixi, mədəniyyəti, adətləri ilə də yaxından tanış olublar. Əsas yaşanan problemlərdən biri maşınların yol hərəkəti zamanı motosikl sürənlərin sıxışdırılmasıdır. Tur zamanı Mototreykin açılması, Lökbatanda olan Motokrosun bərpası və motosikl idman növünü inkişaf etdirmək üçün təkliflər irəli sürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə