Avropalı deputatlar Şamaxıda FOTO

Avropalı deputatlar Şamaxıda FOTO

Azərbaycanda səfərdə olan Avropa Parlamentinin bir qrup deputatı Şamaxıya səfər edib. SİA-nın məlumatına görə, Avropalı qonaqlar Milli Məclisin deputatları Elxan Süleymanov və Qənirə Paşayevanın müşayiəti ilə Şamaxı Müalicə-Diaqnostika Mərkəzi, eləcə də 743-cü ildə inşa edilən və Qafqazın ən möhtəşəm qədim abidəsi olan Cümə məscidində aparılan əsaslı təmir və yenidənqurma işləri ilə tanış olublar.

Onlara 1918-ci ildə erməni daşnakları tərəfindən Şamaxıda törədilən soyqırımı, o vaxt məscidə yığışan 1500 nəfərdən çox dinc insanın-uşaqların, qocaların, qadınların diri-diri yandırıldığı barədə məlumat verilib.

Avropa Parlamentinin deputatları Şamaxıda Şeyxxəndan qəbiristanlığında dəfn edilən və deputat Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə yenidən bərpa edilən Azərbaycanın tanınmış maarifpərvər şairi S. Ə. Şirvaninin məzarını da ziyarət ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə