"Bakı-Tiflis-Qars dəmir yolunun inşası proqram üzrə həyata keçirilir". Bunu SİA-ya açıqlamasında Azərbaycan Dövlət Dəmiryolu İdarəsinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib. Onun sözlərinə görə, hazırda dəmiryolunun çəkilişi davam edir: "Türkiyə ərazisində dəmir yolunun çəkilişində tunellərin tikintisi davam edir. Gürcüstan tərəfində olan tunel işlərinin 4,3 km-nin layihəsi isə artıq hazırdır. 2013-cü ilin sonlarında artıq dəmir yolu hazır olmalıdır. 2014-cü ilin əvvəllərində isə qatarların Avropaya çıxışı əldə olunacaq".
Qurum rəsmisi bildirdi ki, yeni dərs ilinin başlaması ilə əlaqədar Dəmiryol İdarəsinin sərnişin daşınma departamentinin hazırlıq işləri görür. Artacaq sərnişin sıxlığını aradan qaldırmaq üçün qurum sentyabrın 12-si, 13-ü,14-ü əlavə qoşulacaq avadanlıqlara yenidən baxışdan keçirilir.
N.Əzməmmədov xarici ölkələrdən sürət qatarlarının Azərbaycana gətirilməsi ilə bağlı məsələyə də aydınlıq gətirib. Bildirib ki, bu qatarların ölkəmizə idxal olunması və onların istifadəyə verilməsi uzun bir prosesdir: "İlk növbədə dövlət proqramı çərçivəsində Bakıdan Böyük Kəsiyə qədər olan 317 km yolda əsaslı təmir işləri gedir, artıq 115 km yol təmir olunub. Təmir işləri, yenidən qurma, elektrik enerjiləri, siqnalizasiya və rabitə qurulduqdan sonra sürət qatarlarından istifadə etmək olar. Bütün bu işlər sona çatdıqdan sonra qatarların sürəti saatda140 km-ə qalxacaq. Həmin zaman sürət qatarları tətbiq oluna bilər".
Həmçinin qurum rəsmisi dəmiryollarının təmiri üçün Dünya bankından ayrılan maliyyə vəsaitinin də həyata keçirdiyi işlərdən danışıb: "Məlumdur ki, Dünya Bankı və Azərbaycan Respublikası arasında dəmiryolunun yenidən qurulması ilə əlaqədar müqavilə imzalanıb. Ayrılan maliyyə vəsaitinin dövlət proqramı çərçivəsində Bakıdan Böyük Kəsiyə qədər olan yollarının yenidən qurulması, yeni sərnişin vaqonlarının alınması, ümumiyyətlə dəmiryol sisteminin müasirləşdirilməsi nəzərdə tutulur ki, bu istiqamətlərdə də işlər davam edir".
N.Əzməmmədov onuda qeyd edib ki, ayrılan maliyyə vəsaiti hazırda görülən işləri təmin edir. Onun sözlərinə görə, Dünya Bankı və Çexiya İxrac bankı dəmir yollarının təmiri üçün 215 milyon euro maliyyə yardımı ayırıb və vəsaitin xərclənməsinə nəzarət edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB