Son günlər bəzi müxalifət yönümlü kütləvi informasiya vasitələrində Saatlı rayonu barədə həqiqətə uyğun olmayan, yalan və böhtan xarakterli yazılar dərc edilir. SİA-nın məsələ ilə bağlı araşdırmasına Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri Lütvəli Şıxəliyev münasibət bildirib.
Sektor müdiri qeyd edib ki, sözügedən yazılarda qeyd olunanlar həqiqətdən uzaq, tamamilə əsassız və uydurma məlumatlar rayonda bərqərar olan möhkəm sabitliyə, sosial-iqtisadi inkişaf və tərəqqiyə, insanların rifah halının yaxşılaşdırılması məqsədilə aparılan iri miqyaslı işlərə kölgə salmaq cəhdləridir.
Belə ki, rayonda kosmetik təmir işlərinin aparılması, yüzlərlə insanın çörək pulu almaq üçün Rayon İcra Hakimiyyətinin qarşısında növbəyə düzülməsi, sakinlərin əsas şikayətinin Telmankənd kəndində Pambıqtəmizləmə zavodunun sahibi inhisarçı olmadığına görə, onun zavodunun Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən bağlanması, buna görə də camaatın yalnız bir pambıq zavoduna məhsulunu satmağa məcbur olması kimi fikirlər tamamilə uydurma və qərəzli olmaqla bərabər, məqsədli şəkildə rayonda aparılan irimiyqaslı işlərin əleyhinə yönəlmiş qarayaxmadır. Ümumiyyətlə, bu məsələlər barədə guya rayon sakinlərinin narazılıq etməsi bəzi araqarışdıranların məsələni ictimailəşdirmək cəhdi kimi məkirli planlarından xəbər verir. Əsil həqiqət isə aşağıda qeyd olunanlar kimidir.
Məlumat üçün bildiririk ki, Saatlı rayonu ərazisində hal-hazırda 4 pambıq emalı müəssisəsi fəaliyyət göstərir ki, bunlardan "Saatlı Pambıq" ASC, "Şamo" MMC, "ÇTS-Aqro" MMC əhali və fərdi təsərrüfatlarla bağlanmış müqavilə əsasında 4922 hektar sahədə pambıq əkib. Sözügedən (Telmankənd Pambıq zavodu) "Pambıq" kiçik müəssisəsi ilə bağlanmış müqavilə əsasında əhali və fərdi təsərrüfatlar cəmi 500 hektar pambıq əkib. Hazırda rayon üzrə 1600 tondan artıq pambıq istehsal edilərək həmin emal müəssisələrinə təhvil verilib. Hamıya məlumdur ki, son illər respublika üzrə tədarük olunan pambığın 25 faizindən çoxunu Saatlı rayonu istehsal edir.
Belə yazılara nəzər salarkən əsassız, iftira dolu qarayaxmaları obyektiv şəkildə təhlil edərkən açıq-aşkar görünür ki, müxalifət yönümlü kütləvi informasiya vasitələrində özünə yer tapan belə saxta məlumatların verilməsində məqsəd rayonda gedən geniş həcmli abadlıq-quruculuq işləri, yeni inşa olunan və əsaslı təmir olunan sosial obyektlər, aparılan yaşıllaşdırma işlərinə kölgə salmaq, sakinlər arasında müəyyən çaşqınlıq, yersiz söz-sözbət yaratmaq cəhdindən başqa bir şey deyildir. Əgər müəllifi həqiqətən də əhalinin güzaranı, onun dolanışıq tərzi, işlə təminatı düşürdürürsə, son illər Saatlı rayonunda gedən tikinti-quruculuq işlərindən, kənd təsərrüfatında əldə olunan uğurlardan söhbət açardı. Onda bilərdilər ki, rayonda çoxlu sayda sosial obyektlər tikilib, yollara asfalt örtüyü vurulub, əhalinin istirahəti və gəzintisi üçün ürəkaçan yerlər düşəldilib. Bu işlərin görülməsində isə rayonun yüzlərlə sakinləri əzmkarlıqla çalışıb.
Bütün bunlar isə onu göstərir ki, rayonda son illər möhkəm bərqərar olmuş ictimai-siyasi sabitlik, əmin-amanlıq, sakinlərin gələcəkdə daha da firavan yaşamasına təminat verir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB