"Yol mədəniyyətdir"deyimi Şəmkirdə diqqət mərkəzində saxlanılır
Ölkə prezidenti İlham Əliyevin rayon və kənd daxili yolların abadlaşdırılması ilə bağlı verdiyi sərəncama uyğun olaraq Şəmkirin qəsəbə və kənd yollarının yenilənməsi işi aparılmaqdadır. SİA-nın Aran bürosunun verdiyi xəbərə görə, ilkin mərhələdə bir neçə kəndləri birləşdirən yolların abadlaşdırılması gündəmdə saxlanıldır. Artıq 4 kəndi birləşdirən, Təzəkənd-Şəmkir yolunun yenidən çəkilişi yekunlaşmaq üzərədir. 8 km uzunluğunda olan yol uzun illərdən sonra yenidən qurulub və əhalinin istifadəsinə verilib. Bundan əlavə rayon mərkəzi ilə digər kəndləri birləşdirən 12 km avtomobil yolunda isə işlər artıq bitib.
Qeyd edək ki, 8 km uzunluğunda olan avtomobil yolunda son tamamlanma işləri aparılır. Burada yol nişanları qurulur və digər təhlükəzilik tədbirləri həyata keçirilir. Şəmkir rayorn İcra Hakimiyyətindən isə bildirilib ki, tədbirlər planına uyğun olaraq digər kənd yollarının da yenilənməsi nəzərdə tutulur.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB