Londondan Parisə gedən Rihanna orada maraqlı hadisə ilə qarşılaşıb. "Eurostar" qatarına minən məşhur müğənni qatarın hərəkət saatının şəklini çəkərək "Twitter" sosial şəbəkəsində paylaşıb.
Bunu görən fransalı fanatları onu görmək üçün stansiyaya gəliblər. Parisə çatan zaman minlərə fanatın onunla şəkil çəkdirmək istəyi isə müğənniyə çətin anlar yaşadıb. Daha sonra mühafizəçilərinin köməyi ilə Rihanna oranı tərk edə bilib.
Müğənni "Twitter" sosial şəbəkəsində "Fransızlar ağıllarını itirib. Ordan çıxmaq üçün insanlarla savaşmalı oldum" sözlərini yazıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB