“Protokol Jurnalistika” dərsi

"Yeni Media Akademiya"da praktik dərslərin keçirilməsi davam edir

"İRƏLİ" "Yeni Media Akademiya" iştirakçılarına müxtəlif sahələr üzrə həm nəzəri, həm də praktik dərslərin keçirilməsi davam edir. Qurumdan SİA-ya verilən məlumata görə, gənc jurnalistlər nəzəri biliklərini praktika ilə daha da mükəmməlləşdirirlər. Layihənin xanım iştirakçıları "Protokol Jurnalistika" dərsində şəhərimzidə olan geyim mağazalarından birinin qonağı olublar. "Protokol Jurnalistika" üzrə təlimçi Kövsər Orucova iştirakçılara ziyafət, gündəlik və jurnalistin iş geyiminin necə olmasını əyani olaraq göstərib. O, jurnalistin hansı geyimlərə üstünlük verməsi barədə danışıb və layihə iştirakçılarına tövsiyyə edib ki, geyim seçimi edərkən diqqətli olsunlar.

İştirakçılar təlimçinin məsləhəti ilə müxtəlif tərzdə geyimlər seçiblər. Eyni zamanda, təlimçi xanım iştirakçıların geyimi, ona uyğun çanta və aksessuar seçimi ilə bağlı sualları cavablandırıb və əlavə edib ki, gələcəyin jurnalisti olaraq geyimlə bağlı protokol qaydalarına ciddi əməl edilməlidir. Geyimlər xüsusi ilə məkan və tədbirə uyğun seçilməlidir.

Qeyd edək ki, layihə iştirakçıları bundan öncə də bir çox görüşlər keçirib və praktik qabiliyyətlərini artırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə