“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi” mövzusunda forum!
Bildiyiniz kimi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi, Azərbaycan Respublikasının Avstriya Respublikasındakı Səfirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu, "Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı İcması" İctimai Birliyi və ASAIF -in təşkilatçılığı ilə "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi" mövzusunda Avropa ölkələrində təhsil alan azərbaycanlı tələbələrin Vyana Forumu 26-27 oktyabr 2012-ci il tarixində baş tutacaq. Azərbaycan Gənclər Fondundan SİA-ya verilən məlumata görə, forum çərçivəsində Azərbaycan Respublikasının rəsmiləri və ekspertləri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi aspektlərindən, danışıqlar prosesinin hüquqi, humanitar və digər aspektləri ətrafında müzakirələr aparacaq.
Məlumat üçün bildirək ki, forumda iştirak etmək üçün hazırda Avropa ölkələrində təhsil alan azərbaycanlı tələbələr, magistrlar və doktorantlar müraciət edə bilərlər.
Forumda iştirak etmək üçün müraciət formasını doldurub [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.
Qeyd edək ki, müraciətlərin son qəbul tarixi 10 sentyabr 2012-ci ildir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB