Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova dövlət başçısı İlham Əliyevin müvafiq sərəncamına əsasən, əfv olunan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabiti, bu gündən artıq mayor olmuş Ramil Səfərovla görüşüb. SİA-nın xəbərinə görə, R.Səfərovun evində keçirilən görüşdə Ombudsman ömürlük həbs cəzasına məhkum olunan R.Səfərovun beynəlxalq hüquq normalarına uyğun olaraq, Azərbaycana qaytarılmasının xalq tərəfindən böyük sevinclə qarşılandığını vurğulayıb. O, Azərbaycan Respublikasının prezidentinin öz insanpərvərliyini bir daha təsdiqləyərək Ramili əfv etməsini yüksək qiymətləndirib.
E.Süleymanova bu illərdə ombudsman kimi öz səlahiyyətləri çərçivəsində Macarıstan Ombudsmanı ilə müntəzəm əməkdaşlıqda Ramilin hüquqlarının təmini vəziyyətini nəzarətdə saxladığını, dəfələrlə zabitlə görüşdüyünü, onun bəzi istək və arzularının təmin edilməsində yardımçı olduğunu söyləyıb. O, vətən təəssübkeşliyini hər zaman çəkən, ən ağır vəziyyətdə belə sarsılmayan, inamla yaşayan Ramilin artıq doğma torpağa ilk qədəm qoyduğu anda öz əqidəsinə sadiq qalaraq, dövlətinə və xalqına xidmət etməyə hazır olduğunu dəyərləndirib. R.Səfərov onun ekstradisiya olunaraq Vətənə qaytarılmasında böyük səylər göstərən Azərbaycan Respublikasının prezidentinə minnətdarlığını bildirib. O, həmçinin özünə və ailəsinə göstərdiyi diqqətə, həbsinin ilk günlərindən onun hüquqlarının təmin edilməsi istiqamətində səmərəli fəaliyyət göstərən Ombudsman E.Süleymanovaya təşəkkür edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB