"Azərbaycan - Avropa Gənclərinin Əməkdaşlığı" ictimai birliyi, Bakı Dövlət Universiteti Tələbə Gənclər Təşkilatı ilə birgə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yanında Gənclər Fondunun dəstəyi ilə "Azərbaycan - gözəl diyar!" adlı layihənin icrasına başlayır. Qurumdan SİA-ya verilən məlumata görə, layihənin əsas məqsədi Azərbaycanda təhsil alan xarici tələbələri ölkəmizin tarixi və mədəniyyəti ilə tanış etdirməkdir. Layihə çərçivəsində 20 əcnəbi tələbənin ölkəmizin dörd regionuna səfəri planlaşdırılır. Səfərlər Gəncə, Şəki, Lənkəran və Quba şəhərlərinə nəzərdə tutulub. Burada tələbələrin regionun tarixi abidələri, mədəniyyət guşələri ilə tanışlığı nəzərdə tutulub.
Qeyd edək ki, layihə üç ay müddətini əhatə edir və noyabr ayında bitəcəyi planlaşdırılır. Hazırda səfərlə bağlı işlər görülür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB