Müdafiə Nazirliyi Ramil Səfərova ev verib

Müdafiə Nazirliyi Ramil Səfərova ev verib

Macarıstandan Bakıya gətirilən və ölkə prezidentinin əfv sərəncamı ilə azad olunan Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun həbsdə olduğu müddətdə yığılıb qalmış məvacibi ona qaytarılıb.

Bu gün Müdafiə Nazirliyində keçirilən görüşdə 8 il yarım müddətində toplanmış maaşı zabitə təqdim edilib. Bununla yanaşı, Müdafiə Nazirliyi tərəfindən ona ev də verilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.

Qeyd edək ki, bu gün Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Ramil Səfərovu qəbul edərək onu mayor rütbəsi ilə təltif edib.

Bütün xəbərlər Facebook səhifəmizdə