Baş Prokurorluq avqustun 31-də Xaçmaz rayonunda baş verən dəhşətli qətl hadisəsi barədə məlumat açıqlayıb. Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, rayonun Alekseevka kənd sakinləri 1928-ci il təvəllüdlü Möhübbət Seyidbala oğlu Məmmədovun, arvadı 1957-ci il təvəllüdlü Xatun Məmmədovanın və qızı 1998-ci il təvəllüdlü Xatirə Məmmədovanın üzərlərində zorakılıq əlamətləri olan meyidlərinin yaşadıqları evdə aşkar edilməsi barədə daxil olmuş məlumatla əlaqədar rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, məhkəmə-tibb ekspertizası təyin edilmiş və digər zəruri hərəkətlər yerinə yetirilib. Hadisə yerindən 16 mm kalibrli qoşalülə ov tüfəngi, həmin silaha aid patron, giliz və iş üçün əhəmiyyət kəsb edən digər əşyalar müəyyən edilərək götürülüb.
Fakta görə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə intensiv və təxirəsalınmaz istintaq tədbirləri davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB