Xarici deputatlar cəbhə bölgəsində

Xarici deputatlar cəbhə bölgəsində

Avropalı deputatlardan ibarət bir qrup nümayəndə heyəti Ağdam rayonuna səfər edib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, avropalı parlamentarilər vertalyotla Quzanlı qəsəbəsinə enib. Millət vəkili Qənirə Paşayevanın müşayət etdiyi nümayəndə heyəti əvvəlcə icra hakimiyyətinin binasında icra başçısı Nizami Sadıqovla görüşüblər. Avropa parlamentinin üzvüləri cəbhə xəttindəki vəziyyətlə və burada yaşayan əhalinin sosial durumu ilə maraqlanıblar. İcra başcısı bildirib ki, Ermənilərin işğalcılıq siyasəti nəticəsində Ağdamın 70 faizdən cox torpağı işğal edilib.Yurd yuvasından didərgin düşmüş məcburi köckünlər 19 ildən coxdu ki , vətən həsrəti ilə yaşayırlar. Daha sonra qonaqlar Ağdam haqqında sənədli filimi izlənilib.

Avropalı qonaqlar Məcbur köckünlərin müvvəqəti məskunlaşdığı köckün qəsəbəsində olublar. Burada məcburi köckünlərlə görüşüblər. Köçkünlər nümayəndə heyyətinə bildirdilər ki, onlar üçün burada dövlət tərəfindən nə qədər yaxşı şərait yaradılsada onlar öz torpaqlarına qayıtmaq həsrəti ilə yaşayırlar.

Bolis Zala Avropa parlametinin üzvü Azərbaycan xalqının fikirini daha yaxşı anladıqlarını bildirib: "Dağlıq Qarabağ problemi həll olmasa yenidən müharibə ola bilər.Azərbaycan xalqı istənilən vaxt müharibəyə hazırdır.Bu problem haqqında kitablardan və kağızlardan oxumuşuq.Həqiqətəndə burada yaşayan insanlar tezliklə öz yurdlarına qayıtmalıdılar.Bu onların haqqıdır".

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə