Ramil Səfərova daha bir gözlənilməz surpriz

Ramil Səfərova daha bir gözlənilməz surpriz

Müdafiə Nazirliyi Ramil Səfərova yeni ev və həbsdə olan müddətdə toplanmış maaşını verib. SİA-nın Müdafiə Nazirliyinin mətbuat xidmətindən aldığı məlumatına görə, Müdafiə naziri, general-polkovnik Səfər Əbiyev bu gün keçirilən görüşdə Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun 8 il yarım müddətində toplanmış maaşını ona təqdim edib. Qeyd edək ki, Müdafiə Nazirliyi tərəfindən Ramil Səfərova ev də təqdim olunub.

Xatırladaq ki, Vətənə qayıtması və Prezident İlham Əliyev tərəfindən əvf olunması münasibəti ilə R.Səfərovu təbrik edən müdafiə naziri onu mayor rütbəsi ilə təltif edib.

Bütün xəbərlər Facebook səhifəmizdə