Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) Polşada keçirilən beynəlxalq forumda təmsil olunacaq.
Cari ilin 3-7 sentyabr tarixlərində Polşanın Milli Agentliyinin, Təhsil Sisteminin İnkişaf Fondunun və "Gənclər Fəaliyyətdə" beynəlxalq proqramının təşkilatçılığı ilə Polşanın Novı-Sonç şəhərində "Gənc Liderlərin 7-ci İqtisadi Forumu" keçiriləcək. ATGTİ-dən SİA-ya verilən məlumata görə, forumda ölkəmizi Azərbaycan Gənclər Fondunun dəstəyi ilə (AzGF) Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) Biznes işçi qrupunun rəhbəri Asif Səfərli təmsil edəcək.
Hər il 42-yə yaxın Qərbi Avropa, Şərqi Avropa ölkələrindən, Balkanlar və Qafqazdan siyasi, iqtisadi, sosial və qeyri-hökumət təşkilatlarını təmsil edən 250-yə yaxın gənc liderlər bu forumda iştirak etmək üçün Polşada toplaşırlar.
Bu il də 4 gün davam edəcək forumun proqramında müxtəlif panel iclasların, seminarların təşkili, mütəxəssislər və Polşa rəsmiləri ilə görüşlər, habelə gənclər üçün biznes axşamlarının keçirilməsi nəzərdə tutulub. "Gənc Liderlərin 7-ci İqtisadi Forumu"nun proqramına uyğun olaraq, Avropadan, Qafqazdan və qonşu ölkələrdən olan gənclər panel iclaslarda regionun gələcək iqtisadi inkişaf modelini, iqtisadi problemlərini müzakirə edəcəklər.
Forumda ATGTİ təmsilçisi Azərbaycan gənclərinin iqtisadiyyat sahəsində uğurları haqda forum iştirakçılarına məlumat verərək, regionun, əsasən da Azərbaycanın gələcək iqtisadi inkişaf modellərini təqdim edəcək.
Qeyd edək ki, bu günə qədər ATGTİ təmsilçiləri ölkəmizi və təşkilatımızı 30-dan çox ölkədə keçirilmiş müxtəlif beynəlxalq tədbirdə təmsil ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB