Ermənistan bunu bilirmiş...

Ermənistan hakimiyyətinin avqustun 20-dən etibarən Ramil Səfərovun vətəninə ekstradisiya ediləcəyindən xəbərdar olduğu məlum olub. Ermənistan mətbuatının verdiyi məlumata görə, bu barədə Macarıstanda fəaliyyət göstərən erməni qeyri-hökumət təşkilatlarından birinin vitse-prezidenti Aleks Avanesyan xəbər verib: "Biz Macarıstanın Ramil Səfərovun vətəninə ekstradisiya edəcəyi barədə məlumatlı idik. Bu haqda Ermənistanın Macarıstandakı səfirliyinə və Ermənistan Diaspora Nazirliyinə məlumat vermişdik".

Qeyd edək ki, ötən gün Macarıstanda həbsdə olan Azərbaycan Ordusunun zabiti Ramil Səfərov Azərbaycana gətirilib. O, ölkə başçısının sərəncamı ilə əfv olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə