"Azərsu" Səhmdar Cəmiyyətinin məqsədi Azərbaycanın hər yerində hidrovlik rejim qurmaqla bütün regionlarda əhalini 24 saat su ilə təmin etməkdir". Bunu SİA-ya açıqlamasında "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti və ictimai əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı deyib. Onun sözlərinə görə, əvvəlcə nasosxanadan istifadə etməklə gün ərzində yalnız müəyyən vaxtlarda əhalinin su təminatı həyata keçirilirdisə indi köklü dəyişikliklər baş verəcək: "Azərbaycanın ən yüksək nöqtələrində anbar tikilir. Heç bir elektrik enejisi olmadan, nasoslarsız həmin suyun paylanması təşkil oluncaq. 2013-cü ildə bu işlərin əksəriyyəti sona çatacaq. 2014-cü il də isə proqram tam icrasını başa vuracaq".
Qurum rəsmisi "Azərsu" Səhmdar Cəmiyyəti və digər təşkilatların sifarişi əsasında 35 şəhər və rayon mərkəzində su təhcizatı və kanalizasiya sistemlərinin yenidən qurulduğunu deyib. Bu sistemlərin 8-i "Mineral su" səhmdar cəmiyyətinin, 6-sı Ərazilərin Bərpa Agentliyinin sifarişi, 21-i isə "Azərsu" Səhmdar Cəmiyyətinin sifarişi ilə tikilib.
Anar Cəbrayıllı içməli suyun texniki işlərdə istifadə olunmasının qarşısının alınması üçün görüləcək işlər barəsində də məlumat verib. Onun sözlərinə görə, Bakı şəhərilə bağlı "Azərsu" Səhmdar Cəmiyyəti master plan hazırlayır."Bakı-Abşeron yarımadasının kənd və qəsəbələrinin 2035-ci il inkişaf perspektivi nəzərə alınmaqla master plan hazırlanır. Bu plan Türkiyə şirkətlərilə "Azərsu" Səhmdar Cəmiyyəti arasında bağlanan müqavilə ilə həyata keçirilir. 2013-cü ildə master plan tam hazır olacaq. Nəticədə tullantı suları yenidən emal olunaraq yaşıllaşdırmada istifadə olunacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB