"Başqa şəxslərin bu işdən özünə reklam kampaniyası düzəltməsinə ehtiyac yoxdur" MÖVQE

"Başqa şəxslərin bu işdən özünə reklam kampaniyası düzəltməsinə ehtiyac yoxdur" MÖVQE

"Azərbaycan xalqı sübut etdi ki, Ramil Səfərov tək deyil. İndi isə növbə Macar xalqına tək olmadıqlarını isbat etməkdir". SİA-nın xəbərinə görə, bunu millət vəkili Ceyhun Osmanlı zabit Ramil Səfərovun Bakıya gətirilməsi və əfv edilməsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib. O bildirib ki, artıq Ermənistan tərəfi Ramil Səfərovun ekstradisiyası ilə bağlı Macarıstan əleyhinə geniş kampaniyaya start verib.

"Məncə, bu anda bizim gənclərimiz, təşkilatlarımız, hökümət nümayəndələrimiz, millət vəkillərimiz, iş adamlarımız, media nümayəndələrimiz, bir sözlə hər bir şəxs macar həmkarlarına, xüsusilə Macarıstan hökümət rəhbərliyinin elektron ünvanlarına, Macarıstan prezidenti, baş naziri, Ədliyyə Nazirliyi, Parlamenti nümayəndələrinə təşəkkür məktubları göndərməlidir. Yəni onlar da görməlidir ki, bu jesti müsbət qarşılayan insanların sayı mənfi qarşılayan insanların sayından çoxdur! Ramil Səfərovun azad olunması və əfv olunması Azərbaycan dövlətinin, diplomatiyasının və dövlət başçısının uğurudur! Başqa şəxslərin bu işdən özünə reklam kampaniyası düzəltməsinə ehtiyac yoxdur! İndi hərə gedəcək bir dəfə Ramillə şəkil çəkdirəcək, ya facebook-da paylaşacaq, ya da axşam xəbərlərində göstərəcək! Hansısa təşkilatlar da bəyanat verəcək ki, guya Ramili azad etmək üçün dəridən, qabıqdan çıxmışıq!... Belə bəyanatları yayan adamlardan soruşmaq lazımdır ki, Ramil həbsdə olan zaman evini ziyarət ediblərmi, və ya ona bir məktub yazıblarmı? Ona görə də daxili PR-a yönəlmiş ura-patriotik bəyanatlar əvəzinə, hər kəs Macarıstanda birilərinə, xüsusilə də aidiyyatı qurumlara təşəkkür ünvanlasa yaxşı olar. Bunları bacarmayanlar isə heç olmasa Macarıstanın Azərbaycandakı səfirliyinə təşəkkürünü bildirə bilər...", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə