Ramil Səfərova Azərbaycan pasportu verilib

Ramil Səfərova Azərbaycan pasportu verilib

Ramil Səfərov Prezident İlham Əliyevin Sərəncamı ilə tanış edilərək ona Azərbaycan pasportu təqdim olunub. AzərTAc xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Ramil Səfərovu Ədliyyə Nazirliyinin yüksək vəzifəli şəxsləri, jurnalistlər və qohumları qarşılayıblar.

"Azərbaycana qayıtmağımdan çox xoşbəxtəm. İnsanın həyatında elə anlar olur ki, onu sözlərlə ifadə etmək çətin olur. Hazırda mən də belə hisslər keçirirəm. İlk növbədə humanist bir addım olaraq əfv Sərəncamı imzalayaraq həbsimi başa çatdıran Prezident, Ali Baş Komandan cənab İlham Əliyevə həm öz adımdan, həm də ailə üzvlərim adından dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə