Ramil Səfərovun Hüquqlarını Müdafiəsi üzrə Koordinasiya Şurasının açıqlaması
Xəbər verildiyi kimi, bu gün Macarıstandan Azərbaycana ekstradisiya edilən Azərbaycan ordusunun zabiti Ramil Səfərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə əfv edilib. Koordinasiya Şurasından SİA-ya verilən məlumata görə, bununla bağlı Ramil Səfərovun Hüquqlarını Müdafiəsi üzrə Koordinasiya Şurasının rəhbəri Umud Rəhimoğlu açıqlama verib.
U.Rəhimoğlu azərbaycanlı zabitin ölkəmizə ekstradisiya edilməsi istiqamətində apardığı ardıcıl və səmərəli fəaliyyətə, əfv fərmanı ilə azad etdiyinə görə Azərbaycan Respublikasının Prezidentini İlham Əliyevə öz adından və Koordinasiya Şurasının üzvləri adından minnətdarlığını bildirib: "Ramil Səfərovun azad olunacağı günü bütün xalqımız gözləyirdi, Qarabağın işğaldan azad olunacağı günü gözləyən kimi gözləyiridi. Millətimizin gözü aydın olsun! Biz əvvəlcədən də bilirdik ki, Azərbaycan Respublikasının Prezidentini İlham Əliyev cənabları Ramil Səfərovun azad olunması üçün bütün mümkün tədbirlər görmək üçün lazımı orqanlara tapşırıq və tövsiyələrini verir. Həm buna, həm də Ramil Səfərovun özünün xahişi əsasında biz onun müdafiəsini ənənəvi şəkildə-mətbuat konfransları, dəyirmi maşlar, bəyanatlar və sairə formada yox, belə qurduq. Sakit, dövlət orqanları ilə əlaqəli şəkildə iş aparıldı. Mən şəxsən öz adımdan, Koordinasiya Şurasının bütün üzvləri adından cənab Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevə təşəkkür edirəm. Biz inanırıq ki, cənab Prezidentimiz İlham Əliyevin komandanlığı altında tezliklə Qarabağı da işğaldan azad edəcəyik. İnşallah, özü də bu lap tezliklə baş verəcək".
Bu işdə əziyyət çəkən hər kəsə minnətdarlığını bildirən U,Rəhimoğlu bu günlərdə Ramil Səfərovun özünün də iştirakı ilə onun Hüquqlarını Müdafiəsi üzrə Koordinasiya Şurasının son toplantısı olacağını da deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB