"Ramil Səfərovun Azərbaycana ekstradisiya olunması ilə bağlı müvafiq dövlət qrumlarına tapşırıq verilmişdi. Bununla bağlı məlumatımız olduğu halda lakin ictimaiyətə heç bir açıqlama vermirdik". Bu sözləri zabitimiz Ramil Səfərovun Fəxri Xiyabana ziyarəti zamanı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev SİA-ya verdiyi açıqlamasında bildirib.
"Fakt ondadır ki,Azərbaycanın Ədliyyə Nazirliyinin əməkdaşları Macarıstana səfər ediblər. Hətta bir necə il bundan öncə Ramil Səfərovun Azərbaycana ekstaradisiyası həll olunmuşdu. Bundan xəbər tutan erməni lobbisi təəsüflər olsun ki, bu prosesin qarşısını almışdı. Lakin bu dəfə başlanmış bu iş uğurla nəticələndi. Nəhayət, Ramil Səfərov Vətənə döndü. Bu həm də Azərbaycan dövlətinin gücünün etirafıdır. Həmçinin dövlətə olan hörmətin təzahürüdür. Azərbaycan prezidenti İham Əliyevin öz zabiti, vətəndaşı, əsgəri haqqında nə qədər qayğıkeş olduğunun bariz nümünəsidir. Fürsətdən istifadə edərək mən prezident İlham Əliyevə öz təşəkkürümü bildirirəm. Ramil Səfərov bundan sonrada Azərbaycanın çox dəyərli oğlu kimi öz dövlətinə, xalqına, millətinə xidmət etməkdə davam edəcək. Şübhə etmirəm ki, Ramil Səfərov Azərbaycan ordusunun general mundirini geyinərək Azərbaycan torpaqlarının işğaldan azad olunmasında yaxından iştirak edəcək. O hələ öz sözünü deməyib. Ramil Səfərov sözünü hərb meydanında deyəcək", - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB