Gənclər Prezidentə təşəkkür etdilər

Gənclər Prezidentə təşəkkür etdilər

Bu gün Macarıstanın Budapeşt Paytaxt Məhkəməsinin 2006-cı il 13 aprel tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Ramil Səfərov cəza çəkməkdən azad edilib.

SİA-ya verilən məlumata görə, bu münasibətlə Gənclər üçün Təhsil Mərkəzi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb. Ali Baş Komandana dərin minnətdarlığını ifadə edən gənclər Ramil Səfərovun azadlığa buraxılmasını hər bir vətəndaşa ölkə rəhbərliyi tərəfindən göstərilən diqqət və qayğının nəticəsi kimi qiymətləndiriblər.

Gənclər ölkə başçısına hər zaman inandıqlarını və onun rəhbərliyi ilə tez bir zamanda işğal altında olan torpaqlarımızın azad olunacağını diqqətə çatdırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə