Yola salmaqda olduğumuz isti yay aylarında günvurma halları ciddi fəsadlara yol açmayıb. Ötən illərdən fərqli olaraq bu ilki istilər ağır fəsadlarla yadda qalmayıb. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimi Namiq Nəbiyevin SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, son iki ay ərzində Gəncədə 8 nəfər günvurma diaqnozu ilə tibbi müdaxilə edilib.
Yüngül halla həkimə müraciət edənlər ahıl-yaşlı insanlardır. Buna baxmayaraq tibb işçiləri vətəndaşların ehtiyatı əldən verməməyə çağırır. Sentyabr ayının ilk 15 gününə kimi isti havaların davam edəcəyi nəzərə alaraq, vətəndaşların bu havalarda ehtiyatlı davarnmaları məsləhət görülür. Xüsusən avqustun sonu və sentyabr ayında pambıq və üzüm yığımı ilə məşğul olan şəxslər daha diqqətli olmalıdır.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB