Litvalı liderlər media nümayəndələri ilə görüşüb

Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı Icmasının Mərkəzi qərargahında görüş keçirilib.

Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması, istər ölkə daxilində, istərsə də respublikadan kənarda beynəlxalq qurumlarla əlaqələrini genişləndirərək, Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırmaq məqsədilə Ermənistanın Azərbaycana təcavüzünün nəticələri haqqında beynəlxalq qurumların nümayəndələri, Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin səfirlikləri, eləcə də KİV-in nümayəndələri ilə müntəzəm olaraq görüşlər keçirir. Qurumdan SİA-ya verilən məlumata görə, 2012-ci il avqustun 31-də Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının Litvanın gənclər təşkilatlarının liderləri və media nümayəndələri ilə görüşü keçirilib.

"Azərbaycan-Litva Gənclərinin Yay Düşərgəsi" çərçivəsində keçirilən görüşdə Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının Əlaqələndirmə Şurasının sədri Orxan Əkbərov Ermənistan-Azərbaycan münaqişəsinin tarixi kökləri, Ermənistanın etnik təmizləmə və soyqırım siyasəti, probleminin dinc vasitələrlə nizama salınması prosesində Azərbaycan dövlətinin mövqeyi, münaqişənin beynəlxalq-hüquqi aspektlər və s. məsələləri Litvalı qonaqların diqqətinə çatdırılıb. Görüşdə Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının Analitik şöbənin müdiri Elçin Əhmədov, Beynəlxalq Əlaqələr şöbəsinin beynəlxalq qurumlarla iş üzrə eksperti Aynur Fərmanova iştirak edib. Görüşdə həmçinin Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının Litvanın müxtəlif media qurumları və müvafiq orqanları ilə əməkdaşlıq perspektivləri müzakirə olunub.

Qeyd edək ki, görüşdə Litva Sosial Demokratlar Gənclər Təşkilatının sədri Yuras Pozelas, Yonava şəhərinin meri Mindaugas Sinkevicius, şəhər şurasının üzvü Darius Sucavius, eləcə də "Elta" və "Mamac" agentliklərinin müxbirləri iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə