Azadlığa çıxan zabitimiz Ramil Səfərov Fəxri Xiyabanı ziyarətə gedib. R.Səfərov bir sıra deputatlar o cümlədən millət vəkili Qənirə Paşayeva ilə birgə ulu öndər Heydər Əliyevin məzarını ziyarət etməyə gedib. Ramil Səfərov eyni zamanda Şəhidlər Xiyabanını da ziyarət edəcək.
Hazırda Ramil Səfərovgilin evi istiqamətində bütün yollar bağlanıb.
Sadə vətəndaşlar, millət vəkilləri, rəsmi şəxslərin zabitimizi ziyarət etmək üçün onlara gedir. Zabitimizin azadlığı ilə bağlı olaraq qurbanlar kəsilir. Bu səbəbdən o istiqamətdə bütün yollar bağlanıb.
Qeyd edək ki, bu gün Prezidentin əfv fərmanı ilə Ramil Səfərov azad olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB