Ramil Səfərovu Azərbaycana kim gətirdi?

Ramil Səfərovu Azərbaycana kim gətirdi?

"Ramil Səfərovun Azərbaycana gətirilməsi və əfv olunması prezident İlham Əliyevin birbaşa əməyinin nəticəsidir". Bunu açıqlamasında R.Səfərovun hüquqlarını müdafiə komitəsinin sədri olmuş, Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev deyib.

A.Quliyev bildirib ki, R. Səfərovun Azərbaycana ekstradisiya olunması uzun prosesin nəticəsidir: "Burada prezident İlham Əliyev müstəsna əmək sərf edib. Belə böyük işi hər hansı bir fərdi insanın adına bağlamaq düzgün olmaz. Bunu bir nəfərin həyata keçirməsi mümkün belə deyil. Bu, Azərbaycan prezidenti və dövləti tərəfindən görülən işlərin nəticəsidir. Bu münasibətlə Azərbaycan xalqını təbrik etmək olar!".

Bütün xəbərlər Facebook səhifəmizdə