Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu erməniləri növbəti dəfə ifşa edib. SİA-nın xəbərinə görə, Arxeologiya və Etnoqrafiya İnstitutunun direktor müavini Nəcəf Müseyibli bugün keçirilən mətbuat konfransında deyib ki, ermənilər bütün tarix boyu Azərbaycanın bəzi tarixi abidələrinin, torpaqlarının onlara aid olduğu deyirlər. Hətta Ermənistan növbəti saxtakarlığa əl ataraq işğal etdiyi torpaqlarda Azərbaycana məxsus tarixi abidələrin yerləşdiyi ərazilərdə ""qədim şəhərlər"inin olduğunu iddia edir. O qeyd edib ki, Cənubi Qafqazda ermənilərə aid ən qədim tarixi abidənin 250 il əvvələ təsadüf etdiyinə görə onların nəinki Azərbaycanda, heç Qafqaz ərazisində qədim məskənlərə sahib deyillər.
"Yaxın zamanlarda erməni arxeoloqlar qədim Azərbaycan torpaqlarında yerləşən Cohurqala abidəsinin yerləşdiyi ərazilərdə qazıntılar apararaq guya "Tiqrankert" adlı qədim şəhərin nümunələrini aşkarlayıblar. Bu tarixi abidə hələ Sovet İttifaqı dövründə aşkarlanaraq Azərbaycanın qədim tarixinin nümunəsi kimi rəsmi qeydiyyatdan keçib. Tarixdə ümumiyyətlə Qafqazda "Tiqrankert" adlı şəhərin olmadığı məlumdur. Ermənilər Ağdam rayonu ərazisində yerləşən Şahbulaq saray kompleksini təmir edərək kompleksin içərisində "Tiqranakert" adlı tarix muzeyinin yaradılmasını elan ediblər. Ermənistanın da qoşulduğu beynəlxalq konvensiyalar münaqişə ərazisində arxeoloji qazıntıların aparılmasını qadağan edir. Lakin işğalçı dövlət bu sənədlərə məhəl qoymayaraq saxta tarix "aşkarlamaqda" işlərini davam etdirir", - deyə o əlavə edib.
N.Müseyibli qeyd edib ki, Ermnəistanın da qoşulduğu bir sıra konvensiyalarda açıq şəkildə göstərilir ki, arxeoloji qazıntılar apararaq tarixdə dəyişikliklərin edilməsi qadağandır. Onun sözlərinə görə, bununla bağlı Azərbaycan tərəfindən beynəlxalq səviyyədə bir neçə dəfə müraciətlər olunsa da hələlik bir nəticə yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB